quick
menu

news
PROMO
Battle Pass Səviyyə Keçmənin Yolları
28.Oct.2025


Point Blank-da Səviyyə Keçmə Rəhbəri: Aero Strike Battle Pass XP Necə Qazanılır?


Point Blank-ın yeni Battle Pass mövsümü Aero Strike başladı!

Oyunçuları 60 səviyyəlik məcera dolu bir hədiyyə yolu gözləyir.

Hər səviyyədə həm pulsuz (Free Pass) həm də premium istifadəçilər üçün özəl hədiyyələr var.



Yaxşı, bu hədiyyələri qazanmaq üçün lazım olan Battle Pass Sezon XP-si necə qazanılır?

Budur Aero Strike Battle Pass-da sürətli səviyyə keçməninyolları:


1. Qarşılaşma Oynayın və Mövsüm XP Qazanın!

Mövsüm XP qazanmanın ən yaxşı yolu, oyuna girib qarşılaşmalar oynamaqdır.

Hər oynadığınız qarşılaşmada avtomatik olaraq Mövsüm XP qazanaraq Battle Pass səviyyənizi irəliləyə bilərsiniz.

Nə qədər çox oynarsanız, o qədər çox XP yığarsız!



2. Günlük və Həftəlik Tapşırıqları Tamamlayın

Səviyyə keçmək üçün bir başqa vacib qaynaq isə günlük və həftəlok tapşırıqlardır:

Günlük Tapşırıqlar (Free Pass İstifadəçiləri):

Battle Pass Premium istifadəçisi olmasanız belə hər gün 3 ədəd günlük tapşırıqı tamamlayaraq toplam 20 Mövsüm XP qazana bilərsiniz.




Günlük Premium Tapşırıqlar (Battle Pass Premium İstifadəçiləri):

Əgər Battle Pass Premiuma sahibsəniz, bu 3 tapşırığa əlavə olaraq 2 ədəd özəl Battle Pass tapşırığını daha etmə haqqı qazanırsınız.

Bu tapşırıqlar sizə əlavə 40 Mövsüm XP qazandırır.



Həftəlik Tapşırıqlar: 

Battle Pass Premiuma sahibsəniz tamamlaya biləcəyiniz 2 ədəd həftəlik tapşırıq vardır.

Bu tapşırıqları bitirərək 50 Mövsüm XP daha əldə edə bilərsiniz.




3. Günlük XP Limiti və TG ilə Sürətli Səviyyə Keçmə Seçimi

Unutmayın ki, hər oyunçunun günlük olaraq tapşırıqlar və qarşılaşmalar vasitəsi ilə qazana biləcəyi toplam Mövsüm XP limiti 1500 XP ilə məhduddur.



Daha da sürətli səviyyə keçmək istəyən oyunçular üçün bir seçim daha mövcud:

TG ilə Səviyyə Satın Alma:

Oyunçular, oyun içərisindən TG istifadə edərək Battle Pass səviyyəsi satın ala bilərlər.



Hər səviyyənin TG miqdarı fərqlidir və səviyyə artdıqca satın alma dəyəri də artar.



Bu üsul, sizə çox daha sürətli səviyyə qazanma fürsəti təqdim edər.

Xüsusiyyətlə TAM Store-da oan Battle Pass Premium Marketi-ndəki,müəyyən səviyyə şərti istəyən məhsullara girişinizi sürətləndirir.


Aero Strike Battle Pass mövsümündə 60. səviyyəyə çatmaq üçün

bu üsulları istifadə edərək Mövsüm XP yığın və bir-birindən deərli hədiyyələri avadanlığınıza əlavə edin!

Döyüş meydanında uğurlar arzulayırıq!



   

       

   


TOP quick
menu