Dəyərli Point Blank Döyüşçüləri,
Bir müddətdir yeni oyun sisteminə keçid zamanı işləməyən Nfinity Premium Cafe xüsusiyyəti artıq təkrar aktiv hala gətirildi.
Premium Cafe-də oynayan oyunçuların 150% XP və 100% xal bonusu qazanırdı.
Bu əlverişli vəziyyətin yenidən qüvvəyə minməsi ilə internet klublkarda keçirdiyiniz hər matç çox daha qazanclı olacaq.
Premium Cafelər, Nfinity Games-in rəsmi iş ortaqlığı etdiyi özəl internet cafelərdir.
Bu cafelərde Point Blank oynayan hər kəs əlavə hədiyyələr qazanır; məsələn daha çox XP və Xal əldə edər.
Yenidən aktiv edilən Premium Cafe-də oynayan bütün oyunçular 150% XP və 100% Xal bonusu qazanacaq.
Əlavə olaraq bu cafelərdə pulsuz qalıcı silahlar və özəl məhsullar da təqdim edilir.
T77 Sükünət, AS-50 Phantom, C.Machete PBLC2019 və C.Python Ice kimi qalıcı silahlar ilə 50% sürətli canlanma təmin edən Sürətli Canlanma məhsulu Premium Cafe oyunçuları tərəfindən pulsuz istifadə edə biləcəklər.
Bir sözlə, Nfinity Premium Cafe-lərdə oynamaq əlavə xal qazandıran özəl bir imtiyaz və bolca həzz dəməkdir.
Yeni sistemdə bir müddət fasilə versə də bu xüsusiyyətdən faydalanmağı sevənlər üçün indi TAM vaxtı!
Ən yaxın internet cafeyə gedib Premium Cafe kompüterə oturduğunuzda bu bonuslar avtomatik olaraq aktif olacaa.
Dostlarınızı da xəbərdar edin: Premium Cafe-də görüşərik!
Müştərilərinə Point Blank Premium Cafe xüsusiyyətlərini təqdim etmək istəyən Oyun Mərkəzləri iş birliyi üçün
bayi.tamgame.com üzərindən müraciət edə bilərlər.